İdman

Araz Abdullayev kiprli jurnalistlərin maraq dairəsinə düşdü

Kiprin “Anprtosis” klubunun və milli komandamızın üzvü Araz Abdullayev çıxış etdiyi çempionatın ölkəsinin mətbuatına danışıb.
İdmanxeber.com-un məlumatına görə, ölkə çempionatının AEK-lə matçında 2 qolun ötürməsini edən və ümumilikdə 3:1 hesablı qələbədə əsas pay sahibi olan futbolçusumuz kiprli jurnalsitlərin suallarını cavablandırıb: “Biz daha istəkli idik. Çünki qalib gəlməklə, 1-ci pilləyə yüksəlmək istəyirdik. Həm komandamız, həm də AEK sonadək mübarizə apardı. Hər şey çox yaxşı alındı. Azarkeşlərin ağlasığmaz dəstəyi də bizim tərəfimizdə oldu. Böyük oyun idi. İki qolun məhsuldar ötürməsini verməklə qələbədə pay sahibi olduğum üçün xoşbəxtəm. Amma qol vurmaq və ya bunda iştirakdan asılı olmayaraq, komandanın bir üzvü kimi qələbə qazanmağımızı daha vacib sayıram. Bizim üçün qarşıdakı hər oyun ağır olacaq. Çünki bütün komandalar zirvədə qərarlaşan liderlə daha güclü mübarizə aparır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43