İdman

“Beşiktaş” Cenk Tosunun əvəzləyicisini tapdı

Ən önəmli hücumçiusu Cenk Tosunu “Everton”a satan “Beşiktaş” onun əvəzləyicisini tapıb.

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “qara qartal” MLS kolektivi “Orlando Siti”dən Kayl Larinlə məsələni ciddiləşdirməyə yaxındı.  22 yaşlı kanadalı hücumçuya 3+1 illik müqavilə təklif olunacaq.

Qeyd edək ki, Yamayka əsilli Kayl Larin ötən mövsüm 28 oyuna 12 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. Kanada millisində isə o, 21 matçda 5 dəfə fərqlənib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43