İdman

“Səbail”in Bakıda keçirəcəyi oyunların vaxtı dəqiqləşdi

“Səbail” qış fasiləsində Bakıda üç yoxlama oyunu keçirəcək.

İdmanxeber.com-un klubun rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, ilk oyun 3 gün sonra – yanvarın 11- “Bayıl Arena”da baş tutacaq. Samir Əliyevin yetirmələri saat 17:00-da I Divizion təmsilçisi “Sabah”ı sınağa çəkəcək. Bu matçdan 4 gün sonra  “Səbail” yeni doğma meydanda, I Divizion klubu ilə qarşılaşacaq. Debütand MOİK-i üstələməyə çalışacaq. Bu görüşün də başlama saatı 17:00-dı. Yanvarın 18-də isə paytaxt təmsilçisi yoxlama matçları çərçivəsində səfərdə “Sumqayıt”ın qonağı olacaq. Görüşün start fiti saat 17:30-da çalınacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43