İdman

Araz Abdullayev “Qarabağ”da

Azərbaycan milli komandasının üzvü Araz Abdullayev “Qarabağ”la anlaşmaq üzrədi.

İdmanxeber.com sportlife.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi artıq 2 gündür ki, Ağdam klubunun düşərgəsindədi və klubla birgə məşqlərdə iştirak edir. Qarşıdakı günlərdə tərəflər arasında sözləşmənin imzalanması istisna deyil.

Xatırladaq ki, Yunanıstanın “Panionios” klubuyla 2 illik müqavilə imzalamış futbolçu bir neçə gün sonra şəxsi problemlərini əsas gətirərək, Bakıya geri dönmüşdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43