Kateqoriyasız

Araz Abdullayev: “Qarabağ”la oyun bizim üçün dönüş nöqtəsi olacaq”

“Bizim hər zaman “Qarabağ”la oyunumuz çox gərgin və maraqlı keçir və inanıram bu derbi də çox maraqlı və baxımlı olacaq”.

Bu sözləri “Neftçi”nin futbolçusu Araz Abdullayev deyib. forza1937-yə danışan gənc futbolçu “Qarabağ”la oyun öncəsi danışarkən daha sonra bunları deyib:

“Son turlar xal itkisi, xüsusəndə “Sumqayıt”la oyundakı üç xal itkisi bizi məyus etməməli və ruhdan düşməməliyik. Həmin oyun bəxtsiz bir oyun idi. Azarkeşlərimizə səslənirəm ki, “Qarabağ”la oyunda hər kəs stadiona gəlsin, biz də onlara görə oynayırıq. Bu oyunda da qalib gəlmək ist\əyirik. İnanıram ki, bu oyun bizim dönüş nöqtəmiz olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43