İdman

Araz Abdullayev üçün son 2 gün!

Müqavilə ilə “Qəbələ”yə məxsus olan Araz Abdullayevin karyerasını Yunanıstanda davam etdirəcəyi dəqiqləşib.

İdmanxeber.com-un məlumatına görə, millimizin də şərəfini qoruyan futbolçu bu ölkənin “Panionios” klubu ilə anlaşıb. 1-2 günə onun rəsmi müqaviləyə imza atacağı bildirilir.

Qeyd eədk ki, “Panionios” Abdullayevi icarəyə götürməyəcək, birdəfəlik transfer edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43