Dünyadan

İnyesta getdi!

İspaniya yığmasının üzvü Andres İnyesta milli karyerasını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu ötən gün Rusiya ilə oyundan sonra belə qənaətə gəlib. 34 yaşlı futbolçu  Rusiya ilə oyunun millidəki sonuncü çıxışı olduğunu bildirib: “Düşünürəm ki, karyeramın ən acı günüdür. Bəzən sonluq xəyal etdiyin kimi olmur. İspaniya yığması yenidən uğura yol tapmalıdır. Göründüyündən daha çətin olsa da, komandamız bunu bacarar”.

Qeyd edək ki, Andres İnyesta İspaniya yığmasında 2006-cı ildən çıxış edirdi. Bu müddət ərzində İnyesta 136 oyuna 13 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43