Ölkə futbolu

“Araz-Naxçıvan” “Xəzər-Lənkəran”ı təbrik etdi

I divizionda çıxış edən “Araz-Naxçıvan” klubu “Xəzər Lənkəran”ı Superkuboku qazanması münasibətilə təbrik edib.

Həmin məktubu təqdim edirik:

“Əziz “Xəzər-Lənkəran” kollektivi.

Bu gün 18 illik fasilədən sonra baş tutan Super Kubok matçı bir futbol bayramı idi. Bizim üçün qürurvericidir ki, bu matç doğma Naxçıvanımızda baş tutdu. Komandanızın futbolçularının daha istəkli, həvəsli olması isə Super Kubokun Lənkərana aparılması ilə nəticələndi. Bu “Araz-Naxçıvan” PFK-nı da sevindirir.

“Araz-Naxçıvan” PFK-nın rəhbərliyi, məşqçilər korpusu və futbolçuları adından qazandığınız qələbə münasibətilə “Xəzər-Lənkəran”ı təbrik edir, belə qələbələrin davamlı olmasını arzulayırıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43