Ölkə futbolu

“Araz Naxçıvan”da baş məşqçi istefası

“Araz Naxçıvan” baş məşqçisi Azər Bağırovla yolları ayırıb.

İdmanxeber.az-a verilən məlumata görə, tərəflərin qarşılıqlı razılaşması əsasında müqaviləyə xitam verilib. 

Təcrübəli mütəxəssis son olaraq ötən gün “Kəpəz”ə məğlubiyyətdən sonra klub rəhbərliyinə komandadan ayrılmaq istəməyi ilə bağlı müraciət edib və müsbət cavablandırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43