Dünya futbolu

“Mançester Yunayted” də Mottanı istəyir

“Bolonya”nın baş məşqçisi Tiaqo Mottanın talibləri günü-gündən artır.

İdmanxeber.az məlumat verir ki, “Mançester Yunayted” gələn mövsümdən etibarən komandanı italiyalı mütəxəssisə etibar etmək istəyir. “Yuventus”da da Massimiliano Alleqri ayrılarsa, bir nömrəli namizəd Mottadır.

41 yaşlı mütəxəssisin çalışdırdığı “Bolonya” hazırda 57 xalla A Seriyasında 4-cü yerdədir. Çempionlar Liqası zonasında yer alan komanda 5-ci yerdəki “Roma”nı 5 xal qabaqlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43