Kateqoriyasız

“Araz” UEFA kubokunda rüsvay oldu

Futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçirilib.

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz Çexiyada baş tutan turnirin 3-cü oyununda da meydanı məğlub tərk edib.

Növbəti mərhələ şanslarını ilk iki oyundan sonra itirən "Araz" bu dəfə Çexiyanın "Xrudim" klubu ilə qarşılaşıb. Bu görüşdə "Araz" biabırçı hesabla məğlub olub – 0:6.

Qeyd edək ki, "Araz" daha öncə Slovakiyanın "Slov-Marik" klubuna 3:4, Rusiyanın "Dina" komandasına isə 4:5 hesabı ilə uduzub.

21 noyabr

Elit raund, III tur

21:00. "Araz" (Azərbaycan) – “Xrudim” (Çexiya) – 0:6

Qollar: Alvarito, 4 (0:1), Resetar, 7 (0:2),  Slovaçek, 16 (0:3), Mares, 25 (0:4), Taverna, 33 (0:5), Felipe Deyvisson, 38 (0:6)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43