Ölkə futbolu

“Simurq” 26 yaşlı futbolçu ilə müqavilə bağladı

“Simurq” klubu müdafiəçisi Tural Axundovla yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  26 yaşlı futbolçu daha iki il “Simurq”un şərəfini qoruyacaq.

Ötən mövsümün əvvəlində Zaqatala təmsilçisinin heyətinə cəlb olunan 18 nömrəli müdafiəçi indiyənədək Premyer Liqada 44 matçda “sarı-qaralı” forma geyinib. Tural Axundov 2017-ci il iyun ayının sonuna qədər “Simurq”un uğurları üçün çalışacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43