Dünyadan

“Real”ın ulduz futbolçusu 28 yaşında orta məktəbi bitirdi

2004-cü ildə Sevilyada futbolçu karyerasına görə məktəbi yarımçıq qoymuş Madrid “Real”ının ulduz futbolçusu Serxio Ramos orta təhsilini başa vurub.

İdmanxeber.com-un məlumatına görə, ispaniyalı müdafiəçi 28 yaşında məktəbi başa vurub və attestatını alıb. 

Qeyd edək ki, “Sevilya”dan “Real”a transferindən sonra Ramos attestat almaq üçün bir neçə dəfə imtahan vermişdi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43