Dünyadan

Ardaya 50 milyonluq təklif

Çinin "Quanqço Everqrand" klubu "Barselona"nın futbolçusu Arda Turanı heyətinə qatmaqda maraqlıdı.

İdmanxeber.com "Fanatik"ə istinadən xəbər verir ki, Çin klubu artıq  türkiyəli futbolçuya təklif göndərib. Ardaya 3 illik müqavilə təklif edən Asiya klubu bu müddət ərzində 50 milyon avrosundan keçməyə hazırdı.

"Barselona"da ilinə 5 milyon avro qazanan 29 yaşlı futbolçunun Çin klubundan gələn bu astronomik təklifə hansı cavab verəcəyi maraqla gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43