Dünya futbolu

Argentinalı İtaliya klubu ilə müqavilə imzalayır

Argentinalı futbolçu Papu Qomes İtaliyanın “Monsa” klubuyla müqavilə imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı argentinalı sentyabrın 1-dən etibarən azad agenti statusu daşıyırdı.

O, son 2 mövsümü “Sevilya”nın heyətində keçirmişdi.

Papu daha öncə İtaliyada “Kataniya” (2013-14) və “Atalanta” (2014-2021) formalarını da geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43