Ölkə futbolu

Son dəqiqə! Bölgə klubunun yeni transferi bu gün Bakıya gəlir

“Kəpəz”in malili forvard Adame Niane ilə anlaşdığı xəbərini vermişdik.

İdmanxeber.az-a verilən məlumata görə, 30 yaşlı hücumçu bu gün ölkəmizə gələcək. Niane sabah tibbi baxışdan uğurla keçəcəyi təqdirdə, “Kəpəz”lə mövsüm sonuna qədər müqavilə imzalayacaq.

O, karyerası ərzində Fransanın “Soşo”, “Şarlerua” və “Ostende” kimi klublarında çıxış edib. Niane son olaraq İranın “Nassaji” komandasında forma geyinib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43