Ölkə futbolu

“Kəpəz” malili hücumçu ilə anlaşdı

“Kəpəz” klubu heyətini daha bir futbolçu ilə gücləndirə bilər.

İdamnxeber.az-ın məlumatına görə, “sarı-göylər” malili hücumçu Adama Niane ilə maraqlanır. Artıq tərəflərin razılığa gəlməyə yaxın olduğu bildirilir. 30 yaşlı hücumçu sosial şəbəkə hesabından “Kəpəz”i izləməyə başlayıb.

O, karyerası ərzində Fransanın “Soşo”, “Şarlerua” və “Ostende” kimi klublarında çıxış edib. Niane son olaraq İranın “Nassaji” komandasında çıxış edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43