Dünya futbolu

“Nitsa”nın futbolçusu intihara cəhd edir

Fransanın “Nitsa” klubunun futbolçusu Aleksis Beka Beka intihara cəhd edir.

İdmanxeber.az-ın məlumatına görə, Liqa 1 təmsilçisinin üzvü naməlum səbəbdən şəhərdəki körpülərdən birinin üzərinə çıxıb həyatına qəsd etmək niyyətindədir.

Hazırda polis, fövqəladə hallar əməkdaşları və tibb işçiləri hadisə yerindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43