Kateqoriyasız

Arif Əsədov: “Az qalmışdı ki, hakim özü də qapımıza penalti vursun”

Topaz Premyer Liqasının 12-ci turu “Neftçi” üçün uğursuz alındı. Komanda səfərdə “Simurq”a 0-1 hesabı ilə məğlub oldu.  

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin baş məşqçisi Arif Əsədov matçdan sonra bunları deyib:

“Hiss olunur ki, fasilədən sonra komandada müəyyən problemlər var. Bu oyunu tez bir zamanda unudub növbəti görüşlərə hazırlaşmalıyıq. Bu oyuna qədər ilk pillədə idik. Bilirdik ki, “Simurq” bizə qarşı ikiqat güclə oynacaq. Bizim qapımıza ardıcıl oyunlarda penaltilər verilir. Bu gün iki penalti verildi. Az qalmışdı ki, hakim özü də penalti vursun. Əlavə edim ki, “Simurq”un qapanacağını bilirdik. Qol buraxdıqdan sonra futbolçularımda gərginlik yarandı. Bu da nəticəyə təsir etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43