Dünyadan

“Arsenal” “Real”ın futbolçusuna fantastik təklif göndərdi, şərt qoydu

İngiltərənin “Arsenal” klubu “Real”ın qolkiperi İker Kasilyasla transfer etmək üçün yeni təklif göndərib.

İdmanxeber.com “Sport”-a istinadən xəbər verir ki,  “topçular” ispan qapıçıya vergiləri də çıxmaqla illik 9 milyon avro təklif ediblər. Əgər keçid baş tutarsa, Kasilyas 5 il boyunca London klubunda çıxış etməli olacaq.

Lakin “Arsenal”ın da şərti var. Bütün bunlar Kasilyas “qırmızılar”a azad agent statusunda keçsə reallaşacaq.

İker özü bu təklifə müsbət yanaşır. Hazırda onun kral klubuyla 2017-ci ilə kimi müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43