Dünya futbolu

“Arsenal” “Tottenhem”lə üz-üzə

“Arsenal” və “Tottenhem” “Kristal Pelas”ın müdafiəçisi Mark Qehi uğrunda mübarizə aparır.

İdmanxeber.az-ın məlumatına görə, hər iki klub da müdafiəçini transfer etmək niyyətindədir. İngiltərəli futbolçu mövsüm sonu komandadan ayrılmağı düşünür.

Gənc oyunçunun karyerası ilə bağlı yekun qərarını vermədiyi bildirilir. 

22 yaşlı müdafiəçi bu mövsüm “Kristal Pelas”ın heyətində 36 oyuna çıxıb və 1 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43