İdman

“Heydər Əliyev -100”: Gürcüstan İtaliyanı məğlub etdi

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ikinci oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, A qrupunda yer alan İtaliya və Gürcüstan yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.

İlk gündə Serbiyaya minimal fərqlə məğlub olan Gürcüstan seçməsi bu dəfə meydanı qalib kimi tərk edib. Gürcüstanlılar Nikoloz Koplatadzenin (7, 38) dublu, həmçinin, Giorgi Ekseulidze (32) və İrakli Gvetadzenin (38) qolları sayəsində 4:2 hesablı qələbə qazanıblar. İtaliya millisinin heyətində isə Marsiano Piovesan (9) və Sabino Sole (18) fərqləniblər.

Günün ilk görüşündə B qrupunda Ukrayna yığması Türkiyəni 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün A qrupu çərçivəsində Serbiya – Çexiya və Azərbaycan – İtaliya matçları keçiriləcək. B qrupunda isə Qazaxıstan – CAR və Türkiyə – Fransa görüşləri olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43