Ölkə futbolu

“Sabah” – “Beşiktaş” oyunu bu stadionda – DƏQİQLƏŞDİ

Türkiyənin “Beşiktaş” klubu “Sabah”la yoldaşlıq oyunu keçirəcək.

Bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib. Qarşılaşma mayın 13-da Bakıda baş tutacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, matç “Tofiq Bəhramov” stadionunda keçiriləcək.

Oyundan əldə edilən gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə bağışlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43