Dünyadan

“Arsenal”da yeni müqavilə

“Arsenal” futbolçusu Qranit Caka ilə yeni müqavilə bağlayıb.

İdmanxeber.com-un məlumatına görə, London klubu Kosova əsilli isveçrəli futbolçu ilə uzunmüddətlik müqavilə imzaladığını açıqlayıb. Lakin sözləşmənin hansı müddəti əhatə etdiyi barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, ötən mövsüm Q.Caka 48 oyunda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43