İdman

Portuqaliya İspaniya ilə heç-heçə etdi, İran və Uruqvaydan qələbə

DÇ-2018-də qrup oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə 3 oyun keçirilib.

A qrupunda Misir və Uruqvay milliləri üz-üzə gəlib. Yekaterinburqda keçirilən oyunda Uruqvay son dəqiqə qolu ilə 3 xalı aktivinə yazdırıb.

B qrupunda isə İran və Mərakeş münasibətlərə aydınlıq gətirib. Bu görüşdə də, oyunun taleyini 1 qol həll edib. Cüneyt Çakırın idarə etdiyi matçda cənub qonşularımız qələbəyə sevinib.

İkinci oyun gününün son matçında isə azarkeşlər Portuqaliya – İspaniya qarşılaşmasına tamaşa ediblər. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 3:3.

15 iyun

DÇ-2018

B qrupu

19:00. Mərakeş – İran – 0:1

Qol: Aziz Buhadduz, 90+5-avtoqol

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

“Sankt-Peterburq” stadionu

22:00. Portuqaliya – İspaniya 3:3

Baş hakim: Canluka Rokki (İtaliya)

Soçi, “Fişt” stadionu

A qrupu

16:00. Misir – Uruqvay – 0:1

Qol: Xose Ximenes, 90

Baş hakim: Byorn Kuypers (Hollandiya)

Yekaterinburq, Mərkəzi stadion


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43