Dünya futbolu

“Arsenal”dan Edeqora yeni müqavilə

“Arsenal” yarımmüdafiəçisi Martin Edeqorla müqaviləni uzatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “topçular” cari mövsüm əsas heyət oyunçularını komandada saxlamaq istəyir. Daha əvvəl 24 yaşlı yarımmüdafiəçi ilə “Bavariya”, PSJ və “Barselona”nın maraqlandığı bildirilirdi.

Ancaq London klubu norveçli futbolçunu buraxmaq niyyətində deyil. Ona daha yaxşı şərtlərlə yeni sözləşmə təklif edəcək.

Onun “Arsenal”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Odegaard bu mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb, 15 qol vurub və 8 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43