Dünya futbolu

“Arsenal”ın qapıçısı: “Şadam ki, “Qarabağ”la oyunda baş məşqçi mənə şans verir”

“Arsenal”ın qapıçısı şansdan istifadə etməli olduğunu bildirib

İngiltərə Premyer Liqasının son turunun “Uotford”la oyununda (2:0) Peter Çex zədələnərək oyundan çıxıb. Onun yerinə  meydana daxil olan almaniyalı qolkiper Leno  Bakıda “Qarabağ”a qarşı oyunda da start heyətdə ola bilər. Leno bunu özü üçün böyük şans hesab edir:

“Baş məşqçi bir çox qapıçı ilə işləyib. Mənə güvənib Avroliqada şans verdiyi üçün çox şadam. Hələlik oyun təcrübəm azdır. Daha yaxşı olmağım üçün bu cür oyunlar mənim üçün çox vacibdir”.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu 20:55-də başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43