Dünyadan

Aryen Robbendən insanlığa yaraşmayan hərəkət və ya Raykardın “yolu” ilə – VİDEO

Dünən Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərənin "Arsenal", Almaniyanın "Bavariya" klubu qarşılaşdılar.

Bu oyunda qonaqlar qələbə qazanmaqla yanaşı, futbolçularından Aryen Robben insanlığa yaraşmayan hərəkət edib. Belə ki, hollandiyalı futbolçu rəqib komandanın fransalı müdafiəçisi Bakari Sanyaya tüpürüb. Bu epizod həm hakimin, həm də futbolçuların gözündən yayınıb.

Onu da qeyd edək ki, vaxtı ilə Robbenin həmyerlisi Frank Raykard da futbolçu ikən "Dünya Çempionatı – 1990"da almaniyalı Rudi Fyellerin üstünə tüpürmüşdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43