Dünya futbolu

“Astana”dan “Qarabağ”a jest – FOTO

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia”nı 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

İdmanxeber.com-un məlumatına görə, iki oyunun nəticəsinə görə 6:0 hesabı ilə qalib gələrək III mərhələyə yüksələn Ağdam klubunu  “Astana” təbrik edib. Təbrik Qazaxıstan klubunun rəsmi saytında yerləşdirilib.

“Astana” III mərhələyə yüksələn “Qarabağ”ı təbrik edib və növbəti oyunlarda uğurlar arzulayıb.

 Qeyd edək ki, “Astana” da ÇL-nin III təsnifat mərhələsinə yüksəlib. Paytaxt klubu II mərhələdə Litvanın “Spartaks” klubunu mübarizədən kənarlaşdırıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43