Ölkə futbolu

Aurelian Çedju komandamıza qarşı “Lill”in şanslarını dəyərləndirdi

“Qalatasaray”ın müdafiəçisi Aurelian Çedju sabiq komandası “Lill”in rəsmi saytına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, o, “Lill”in Avroliqada növbəti tur şanslarını dəyərləndirib:

“Lill”in oyunlarını izləməyə davam edirəm. Avrokubokda iki mümkün rəqibimiz var. “Qəbələ” və MTK. Ümid edirəm ki, rəqib kim olursa, olsun “Lill” bu turu keçəcək. Komanda qrup mərhələsinə qalsa, televiziya qarşısından onları izləyəcəm. Məncə çempionatda da komandanın şansları böyükdür. “Lill” heyətini xeyli genişləndirib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43