Kateqoriyasız

AVRO-2016-da ikinci turun oyunlarına start verilir

Bu gün Avro-2016-nın qrup mərhələsində II turun oyunlarına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, günün ilk qarşılaşması B qrupunda keçiriləcək.

Burada Rusiya millisi Slovakiya ilə münasibətlərə aydınlıq gətirməyə çalışacaq. İlk turda qələbə qazana bilməyən hər iki komanda bu oyunda qalib gəlməklə qrupdakı vəzityyətini düzəltmək istəyəcək.

Qeyd edək ki, qrupun digər görüşü olan İngiltərə – Uels oyunu sabah keçiriləcək.

14 iyun

B qrupu

17:00. Rusiya – Slovakiya

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya)

Əlavə köməkçi hakimlər: Matej Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)

Dördüncü hakim: Yonas Eriksson (İsveç)

Lill. “Pyer Morya” stadionu.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43