Dünyadan

“Avro-2016”: pley-off mərhələsinin püşkü atılır

Bu gün “Avro-2016″nın pley-off mərhələsinin püşkü atılacaq.

İdmanxeber.com-un məlumatına görə, 8 komandanın iştirak etdiyi püşkdə 4 komanda səpələnmişlər, 4-ü isə səpələnməmişlər səbətində yer alacaq.

İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.

Səpələnmişlər: Bosniya və Herseqovina, Ukrayna, İsveç və Macarıstan

Səpələnməmişlər: Danimarka, İrlandiya, Norveç və Sloveniya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43