Kateqoriyasız

Qriqorçuk azarkeşlərlə görüşəcək

Sabah “Qəbələ”nin  futbolçuları və baş məşqçisi Roman Qriqorçukla media nümayəndələri və azarkeşlərin görüşü keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində baş tutacaq “Qəbələ”-“Borussiya”(Dortmund) oyunu öncəsi təşkil olunacaq  görüş zamanı media nümayəndələri və azarkeşlər arasında maraqlı müsabiqələr keçiriləcək, müxtəlif hədiyyələr sahiblərini tapacaq. Azarkeşlər sevdikləri futbolçuların imzalı formasını əldə etmək və onlarla şəkil çəkdirmək şansı qazanacaqlar. 

Port Baku Mallın “Go Sport” İdman Malları Mağazasında keçiriləcək tədbir saat 16:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43