Kateqoriyasız

AVRO-2016: Polşa Şimali İrlandiyanı, Almaniya Ukraynanı məğlub etdi

AVRO-2016-da daha iki matç baş tutub.

İdmanxeber.com-un məlumatına görə, C qrupunun ilk matçında Polşa Şimali İrlandiya ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. İkinci hissənin əvvəlində hesabı açan polyaklar 3 xalı qazanan tərəf olublar.

Qrupun digər matçında isə Almaniya Ukraynanı sınağa çəkib. Günün son matçında "alman maşını" 3 xalı 2 qolla qazanıb.

12 iyun

C qrupu

20:00. Polşa – Şimali İrlandiya 1:0

Qol: Milik, 51

Baş hakim: Ovidiu Hatseqan

Yan xətt hakimləri: Oktavian Şovre və Sebastyan George

Əlavə köməkçi-hakimlər: Aleksandru Tudor və Sebastyan Kolçesku (hamısı Rumıniya)

Nitsa. Nitsa şəhər stadionu.

23:00. Almaniya – Ukrayna 2:0

Qol: Şkodran Mustafi, 19, Şvaynştayger, 90+2

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Maykl Mallarki və Stiven Çayld

Əlavə köməkçi-hakimlər: Maykl Oliver və Kreyq Pouson (hamısı İngiltərə) Lill. "Pyerre Mauroy" stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43