Dünyadan

Srna Türkiyə üzərində qələbəni bayram edə bilmədi – Atasının ölüm xəbəri gəldi

Xorvtiya millisinin kapitanı Dario Srna Türkiyə üzərindəki qələbəni doyunca qeyd edə bilməyib.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb təcrübəli müdafiəçinin atasının dünyasını dəyişməsi olub. AVRO-2016-nın D qrupunun Xorvatiya – Türkiyə matçında 90 dəqiqə mübarizə aparan Srna atası Uzeir Srnanın ölüm xəbərini oyundan sonra eşitdi.

Qeyd edək ki, Xorvtiya Türkiyəni 1:0 hesabı ilə məğlub edib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43