Kateqoriyasız

AVRO-2016: Uelsdən qələbə, İngiltərə Rusiyanı məğlub edə bilmədi (YENİLƏNİB)

Bu gün Avropa çempionatında qrup mərhələsinin daha 3 oyunu keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, ilk olaraq A qrupunda Albaniya – İsveçrə matçı baş tutub. Bir qolun vurulduğu matçda qələbə qazanan tərəf isveçrəlilər olub – 0:1.

B qrupunda Slovakiya Uels-lə münasibətlərə aydınlıq gətirib. Burada isə daha dəqiq olan Uels qələbə qazanıb – 2:1.

Bu qrupun digər matçı Rusiya və İngiltərə komandaları arasınd abaş tutub. Oyunda hesabı ingilislər açsa da, son dəqiqə qolu ilə şimal qonşularımız 1 xalı aktivinə yazdıra bilib.

Avropa çempionatı

Qrup mərhələsi

11 iyun

A qrupu

17:00. Albaniya – İsveçrə – 0:1

Qol: Fabian Şyor, 5 (0:1)

Qırmızı vərəqə: Lorik Sana, 36 (Albaniya)

Baş hakim: Karlos Velasko Karbalyo

Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes

Əlavə köməkçi hakimlər: Xesus Jil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)

Dördüncü hakim: Pol van Bokel (Hollandiya)

Ehtiyat yan xətt hakimi: Ervin Zeinstra (Hollandiya)

Hakim-inspektor: Bo Karlsson (İsveç)

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)

Lans. “Bollerts-Delelis” stadionu

B qrupu

20:00. Uels – Slovakiya – 2:1

Qollar: Qaret Beyl, 10 (1:0), Duda, 61 (1:1), Robsan Kano, 81 (2:1)

Baş hakim: Sven Oddvar Moen

Yan xətt hakimləri: Kim Tomas Aqlund, Frank Andaş

Əlavə köməkçi hakimlər: Ken Anri Yonsen, Sven Erik Edvartsen (hamısı Norveç)

Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)

Ehtiyat yan xətt hakimi: Vitali Malutşin (Belarus)

Hakim-inspektor: Kiros Vassaras (Yunanıstan)

UEFA nümayəndəsi: Svetlana Qrinkeviç (Belarus)

Bordo şəhər stadionu

23:00. İngiltərə – Rusiya 1:1

Qol: Erik Dayer, 73 (1:0), Qluşakov, 90+2 (1:1)Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito di Liverator, Mauro Tonolini

Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)

Hakim-inspektor: Herbert Fandel (Almaniya)

UEFA nümayəndəsi: Roland Albert Ospelt (Lixtenşteyn)

Marsel. “Velodrom” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43