Dünyadan

Beyl azarkeşin burnunu qırdı

Uelsin ulduz futbolçusu Qaret Beyl Slovakiya ilə oyundan öncə isinmə hərəkətləri zamanı azarkeşin burnunu qırıb.

İdmanxeber.com-un məlumatına görə, Madrid “Real”ının şərəfini qoruyan Beyl qapıya doğru vurduğu zərbələrdən biri tribunada əyləşən azarkeşin üzünə tuş gəlib. Nəticədə həmin azarkeşin burnu qırılıb.

Bu xoşagəlməz hadisədən sonra xəbər tutan uelsli futbolçu həmin azarkeşdən üzr istəyib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43