Dünya futbolu

Avro-2024: İngiltərə və Niderlanddan qələbə

Avropa çempionatı davam edir.

İdmanxeber.az-ın məlumatına görə, turnirin 3-cü günündə C və D qrupunun oyunları keçirilib.

D qrupunda Niderland və Polşa yığmaları üz-üzə gəlib. Bu matçda birincilər qələbəyə sevinib. Qrupun digər görüşü olan Fransa – Avstriya matçı isə bu gün keçiriləcək.

C qrupunda isə Danimarka Sloveniya ilə heç-heçə edib. Turnirin favoritlərindən İngiltərə Serbiyanı minimal hesabla məğlub edib.

Avro-2024
Qrup mərhələsi, I tur

D qrupu

17:00 Polşa – Niderland 1:2
Qollar: A.Buksa, 16 – K.Qakpo, 29, V.Veqorst, 83

Xal durumu: Niderland – 3, Fransa – 0 (oyun keçirməyib), Avstriya – 0 (oyun keçirməyib), Polşa – 0.

C qrupu

20:00 Sloveniya – Danimarka 1:1
Qollar: Yanza, 77 – Kristian Eriksen, 17

23:00 Serbiya – İngiltərə 0:1
Qol: Cud Bellingem, 13

Xal durumu: İngiltərə – 3, Sloveniya – 1, Danimarka – 1, Serbiya – 0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43