Dünya futbolu

Avroliqada həftənin rəmzi “11-liy”i açıqlandı – “Qarabağ”ın da futbolçusu var

UEFA-nın rəsmi saytı Avropa Liqasının 4-cü turunun simvolik yığmasını açıqlayıb. 

İdmanxeber.com-un məlumatına görə, siyahıda “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov da var. 

Ağdam klubunun üzvü ilə yanaşı, simvolik komandaya “Roma”dan Edin Dzeko, “Atletik”dən Aris Aduris, “Fənərbağça”dan Musa Sou, “Zenit”dən Juliaono kimi futbolçular da düşüb.   
Xatırladaq ki, ilk dəfə deyil ki, “Qarabağ”ın üzvü UEFA-nın simvolik komandasında yer alır. Ötən mövsüm bir dəfə Riçard Almeydanın da adı simvolik komandaya daxil edilmişdi.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43