Kateqoriyasız

Avroliqada qol vuran futbolçu “Xəzər Lənkəran”da

“Xəzər Lənkəran” klubu baxışa yeni futbolçu cəlb edib.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, milli komandanın sabiq futbolçusu Mirzağa Hüseynpur “ağ-yaşıllar”ın bu gün keçiriləcək məşqində iştirak edəcək.

Hücumçu saat 16:00-da Lənkəran şəhər stadionunda ilk məşqinə çıxacaq. Mövsümün ilk hissəsini “Sumqayıt”ın heyətində keçirmiş M.Hüseynpurla müqavilə bir müddət əvvəl qarşılıqlı razılıq əsasında ləğv olunub.

Qeyd edək ki, Rusiya “Rostov”unun yetirməsi olan hücumçu karyerası ərzində “Mitos” (Rusiyanın), Azərbaycanın “İnter”, “Simurq” və “Sumqayıt” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43