İdman

Avropa Liqasında ilkin mərhələnin püşkü atıldı

Bu gün Avropa Liqasında 2018/19 mövsümünün ilk püşkatma mərasimi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, püşkatmada ilkin mərhələnin cütlükləri məlum olub.

Avropa Liqasının ilkin mərhələsində ilk görüşlər iyunun 28-də, cavab matçları iyulun 5-də keçiriləcək. Bu mərhələdə qalib gələn 7 komanda 1-ci təsnifat mərhələsində “Qəbələ”, “Neftçi” və “Keşlə”nin potensial rəqibləri olacaq.

Əlavə edək ki, turnirin finalı mayın 29-da Bakıda baş tutacaq.

Avropa Liqası, ilkin mərhələ

Avropa (Cəbəllütariq) – Priştina (Kosovo)

Sent Culia (Andorra) – Qzira Yunayted (Malta)

Enqordan (Andorra) – Folqore (San-Marino)

B36 Torshavn (Farer adaları) – Sent-Jozef (Cəbəllütariq)

Birkirkara (Malta) – Klaksvik (Farer adaları)

Tre Fiori (San-Marino) – Bala Taun (Uels)

Kevn Druids (Uels) – Trakai (Litva)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43