Dünyadan

Avropa ölkələri yeni çempionat yaradır

Avropanın bir neçə ölkəsi bir araya gələrək yeni çempionat yaratmağa qərar veriblər.

 

İdmanxeber.com xəbər verir ki, Belçika, Hollandiya, İsveç, Şotlandiya və Norveç artıq məsələ ilə bağlı işə başlayıb.

 

Yeni yaradılacaq liqa UEFA-dan kənar fəaliyyət göstərəcək və bu çempionatda mübarizə aparan komandalar öz ölkələrində çıxış etməyəcək. Artıq Danimarkanın “Kopenhagen” klubu bu məlumatı təsdiqləyib. “Anderlext”, “Seltik”, “Ayaks”, PSV, “Rusenborq”, “Malmö” və “Brügge” klublarının da çempionata qatıla biləcəyi bildirilir.

 

Adıçəkilən komandalar yeni yaradılacaq liqada çıxış edəcəkləri təqdirdə UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.(report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43