Dünya futbolu

Avropanın məğlubedilməzləri – “Yuventus” və PAOK

Avropa liqalarında iki komanda var ki, yollarına məğlubiyyətsiz davam edirlər

A Seriyası lideri “Yuventus” çempiontada ən yaxın rəqibinin 16 xal önündədir. Geridə qalan 26 turda 23 qələbə, 3 heç-heçə edən Turin təmsilçisi bu il də çempionluğun ən yaxın namizədirir.

Komandaya bu il qoşulan portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo isə cari mövsümdə çıxdığı rəsmi oyunlarda 20 qol, 10 məhsuldar ötürmə edib.

Bir digər məğlubiyyətsiz irəliləyən Yunanıstan Super Liqasının hazırkı lideri PAOK-dur. “Ağ-qaralar” çempionatda  ən yaxın rəqibinin 10 xal önündədir. Çempionatda oynadığı 23 matçda 20 qələbə, 3 heç-heçə edən PAOK buraxdığı 11 qolla da Avropada qapısında ən az qol görən komanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43