Ölkə futbolu

Ayxan Abbasov: “Bunu aradan qaldıracağıq”

“Neftçi”nin oyundan-oyuna daha yaxşı olduğunu görürük. Son matçlarda aqressivdirlər. İlk hissədə onların təzyiqinin qarşısında tab gətirə bilmirdik. İkinci hissədə şanslarımız oldu. Bir qol vursaydıq, oyun bitə bilərdi. Çempionatın ən gərgin dövrüdür. Səhvlərimizdən nəticə çıxarmalıyıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Neftçi”yə məğlubiyyətdən sonra (0:1) deyib.

Çalışdırıcı Tovuzda keçirilən oyunlarda qələbə qazana bilməmələrinə də toxunub:

“İstəməzdik belə olsun. Amma gerçək budur. İnanıram ki, bunu aradan qaldıracağıq. Bizim burada yaxşı oyunlarımız, qələbələrimiz olub. Sadəcə bu il belə başladı. Bəlkə də bu gün bərabərlik bizim üçün motivasiya baxımından daha yaxşı olardı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43