Ölkə futbolu

Musa oynadı,  “Yurqorden” qalib gəldi – YENİLƏNİB

Millimizin hücumçusu Musa Qurbanlının da çıxış etdiyi “Yurqorden” bu gün İsveç çempionatında 25-ci tur oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, komanda “Halmstads”ı qəbul edib. Matç “Yurqorden”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

M.Qurbanlı sözügedən görüşdə meydana start heyətdə çıxıb. O, sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Yurqorden” hazırda turnir cədvəlində 43 xalla 4-cü, “Halmstads” 29 xalla 11-cidir. Siyahıya 52 xalla (24 oyun) “Malmö” liderlik edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43