Ölkə futbolu

“Neftçi” qalib gəldi, “Sabah” heç-heçə etdi – YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha iki oyunu keçiriləcək.

İdmanxeber.az-ın məlunatına görə, ilk olaraq “Neftçi” “Turan Tovuz”un qonağı olub. Görüş “ağ-qaralar”ın 1:0 hesablı qələbəsi ilə sona çatıb.

Bu qələbənin ardından xallarının sayını 12-yə çatdıran “Neftçi” 4-cü pilləyə yüksəlib. Tovuz klubu isə 11 xalla beşincidir.

Günün digər görüşündə “Sabah” səfərdə “Səbail”lə üz-üzə gəlib. 4 qolun qeydə aləndığı matçda qalib müəyyənləşməyib – 2:2. Meydan sahibləri 14 xalla üçüncü, rəqibindən bir matç az keçirən qonaqlar altı xalla səkkizinci sıradadır.

Azərbaycan Premyer Liqası

VIII tur

16:00. “Turan Tovuz” – “Neftçi” 0:1

Qol: A.Olanare, 87
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu

18:00. “Səbail” – “Sabah” 2:2

Qollar: Yusif Nəbiyev, 28 (1:0), Emmanuel Appeh, 41 (1:1), Anatoli Nuriyev, 84 (1:2), Adi Mehremiç, 87 (2:2)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”

Qeyd edək ki, açılış oyununda “Qarabağ” “Sumqayıt”ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” qarşılaşmaları ilə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43