Ölkə futbolu

Murad Musayev: “Komandama deyim ki, qol vuraq, 90 dəqiqə uzanaq?

“Ağır oyun oldu, çətin meydança idi. Yəqin ki, heç-heçə ədalətli nəticədir. Son oyunlarda buraxdığımız səhvlərdən sonra qalib gəlmək çətindir.  Qələbə qazanmağı çox istəyirdik. Neçə oyundur ki, standar vəziyyətlərdən qollar buraxırıq. Çox şərh vermək istəmirəm. Təəssüf ki, belə alındı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Səbail” oyunu sonrası deyib. O, rəqibin ofsayd qeydə alınıb ləğv edildiyi qol barəsində də danışıb:

“Ofsayd var idi. Mənim kiçik televizorum var. Baxdım ki, ofsayddır. Amma VAR-da oturanlar var. Görünürdü ki, forvard qapıya daha yaxın idi.

“Kəpəz”lə bağlı sözlərimə əlavə etmək istəyirəm. Mən “Kəpəz” haqda pis söz deməmişəm. Biz niyə oynayırıq? Əksəriyyət klublar avrokuboklar üçün oynayır. 10-cu dəqiqədən vaxt aparsaq, necə olacaq? “Kəpəz” yaxşı komandadır, yaxşı oynayır. Demək istəyirəm ki, gəlin oynayqq. Onsuz da Avropaya çıxanda fərqli olacaq. Amma biz burada 90 dəqiqənin 30 dəqiqəsini oynayırıq. İndidən özümüzü hazırlamalıyıq. “Kəpəz” yaxşı işlər görür. Amma bizimlə oyunda etmək istəmədi. “Kəpəz”in baş məşqçisi yaxşı mütəxəssisdir, komandası yaxşıdır. Amma gəlin futbol oynayaq. Niyə vaxt aparırıq? Futbolçu vaxt aparanda temp olmur. “Kəpəz”ə uğurlar arzu edirəm. Onlar haqda pis söz deməmişəm. Komandama deyim ki, qol vuraq, 90 dəqiqə uzanaq? Deyərəm ki, gəlin ikinci qolu vuraq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43