Ölkə futbolu

“Ofsaytdan söhbət gedə bilməzdi” – Şahin Diniyev

“Çox maraqlı oyun alındı. Qarşılılqı hücumlar şəraitində keçən matç oldu. İlk yarıda sanki sıxıldıq. Hücuma çıxmaqda çətinlik çəkirdik, top bizdə qalmırdı. Ancaq ikinci yarıda başqa komanda olduq, başqa futbol oynadıq. Məni ən əsas komandanın xarakter göstərməsi, savadlı oynaması sevindirir. Oyun varsa, nəticə gələcək. Futbolçularıma təşəkkür edirəm. Hamı bir-biri üçün vuruşdu. Əvəzetmədən meydana girənlər ritmdən düşmədilər. Bəlkə də biz bu gün xal itirdik, qazanmadıq. Amma oyun baxımından qazandıq. Hər futbolçu artırır. Bu, məni sevindirir”.

İdmanxeber.az-ın məlumatəna görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Sabah” oyunu sonrası deyib. O, komandasının ofsayd qeydə alınıb ləğv edilən epizod barəsində də danışıb:

“Mənə telefonda göstərdilər, ofsaytdan söhbət gedə bilməzdi. Xətt ötürmədən sonra çəkilmişdi. Ümumən hakimlik bir şey yoxdu. İdeal hakimlik etdi. Sadəcə bir epziod var idi. Ola bilər ki, VAR-ın günahı var. Çox vacib qol idi. Bilirdim ki, “Sabah” irəli gedəcəkdi, biz üçüncünü vurardıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43