Kateqoriyasız

“Onlara təsadüfdən məğlub olmuşduq” – Mutu

“Çox yaxşı oynadıq. Əvvəldən sona kimi oyuna nəzarət edən tərəf biz idik. Layiqli qələbə qazandıq. “Araz-Naxçıvan”a təsadüfdən məğlub olmuşduq. Həmin matçdan sonra inkişaf var. Hücumda bir az çatışmazlıq var. Bunu aradan qaldırmağa çalışacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Turan Tovuz”a qalib gəldikləri (1:0) oyundan sonra deyib.

O, daha sonra müdafiəçilərin çıxışını dəyərləndirib:

“Müdafiəçilərimiz bu gün yaxşı oynadı. 70 dəqiqə ərzində rəqibə qol epizodu vermədik. Deyə bilmərik ki, 90 dəqiqə ərzində rəqib qapımızın qarşısında təhlükəli vəziyyət yaratmayacaq. Futbolçulardan razı qaldım. Onları təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43