Kateqoriyasız

Ayxan Abbasov jurnalistin sualına əsəbləşdi: “Yox, onu mən bəyənməmişəm”

Premyer Liqanın VI turu çərçivəsində “Sumqayıt” səfərdə “Zirə”yə uduzub.

İdmanxeber.az-ın məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

– Məğlub olmaq çox üzücüdü. Ancaq ruhdan düşməməliyik. Oyuna istədiyimiz kimi başladıq. Ancaq bir diqqətsizlik səbəbindən qol buraxdıq. Bunlardan dərs çıxarmalıyıq.

– “Sumqayıt”ın göstərdiyi oyun idi?

Bəs nə idi? Ola bilər siz başqa futbola baxırdınız.

– Yeni iranlı hücumçu – Səidi siz bəyənib komandaya götürmüsünüz?

Yox, başqası. Bu nə sualdı.

– “Sumqayıt”ın əvvəl sərgilədiyi oyunla indiki arasında fərq var.

Belə şeylər olur. Hücum planında zəif çıxışımız nəticə qazanmağımıza mane olur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43